İranXƏBƏRLƏR

Ruhani: BMT araşdırmaların nəticələrini şəffaf elan etməlidir

İran prezidenti region olaylarından nigaranlıq edərək, deyib: Dünya xalqları, xüsusən Yaxın Şərq məntəqəsinin xalqları yeni müharibəni qəbul etməyə hazır deyillər və bu məntəqədə hər cür avantüra region və dünyada sabitlik üçün ağır xətərlər gətirəcək və yalnız məntəqədə ifratçılıq və terrorizmin genişlənməsi ilə nəticələnəcək.

Doktor Həsən Ruhani nazirlər kabinetinin bugünkü iclasında gücdən istifadənin regionun sabitliyi və təhlükəsizliyini pozduğunu bildirərək, vurğulayıb: İran İslam Respublikası kimyəvi silahların ən böyük qurbanı kimi dünya səviyyəsində bu cür qeyri-insani silahlar ilə mübarizədə öncüldür və bu silahlardan hər cür istifadəni kəskin tərzdə pisləyir.
Ölkə prezidenti əlavə edib: Mövcud şərait və informasiyalar məcmusuna əsasən, belə görünür ki, bir qrup şəxs təbliğat və siyasi qalmaqalla ümumi fikri Suriyada kimyəvi silahlardan son istifadə kimi reallıqlardan yayındırmağa və özünün təhlükəli və dardüşüncəli baxışlarını qəbul etdirmək məqsədi ilə bu vəhşicəsinə hərəkətlərdən sui-istifadəyə zəmin yaratmağa çalışır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu