AzərbaycanİranXƏBƏRLƏR

Ruhani: İran qonşu ölkələrlə əlaqələrin daha da genişlənməsini istəyir

İran İslam Respublikası prezidenti deyib ki, Tehran qonşu ölkələr xüsusiyyət təşkil etməklə bütün ölkələrlə əlaqələrin daha da genişlənməsini istəyir.

ISNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti- Həsən Ruhani Tehranda Azərbaycan Respublikası Milli Məclisinin sədri- Oktay Əsədovla görüşdə vurğulayıb: İran-Azərbaycan Respublikası əməkdaşlığı iki ölkə və digər region ölkələrinin əlaqələrinin genişlənməsi və möhkəmlənməsində təsirli ola və daha artıq regional anlaşma və həmkarlıq zəminini yarada bilər.
İran İslam Respublikası prezidenti həmçinin iki ölkənin səmimi parlament əlaqələrinə işarə edərək, deyib: Regional və beynəlxalq sahələrdəki bu yaxşı anlaşma müştərək hədəfləri izləyə və İran və Azərbaycan R. xalqları və dövlətləri üçün xeyr-bərəkət mənşəyi ola bilər.
Azərbaycan Respublikası Milli Məclisinin sədri də deyib ki, bu ölkənin parlamenti öz növbəsində iki ölkənin ortaq hədəflərə çatması istiqamətində ikitərəfli, regional və beynəlxalq həmkarlıqları daim dəstəkləyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu