Şimali Qafqaz regionunda Muxtar Dağıstan respublikasının kəndlərinin birində baş verən qarşıdurmada 5 adam o cümlədən Rusiyanın təhlükəsizlik qüvvələrindən 3 nəfəri həlak olub.
Rusiyanın təhlükəsizlik qaynaqlarına istinadən yazıb: Rusiyanın təhlükəsizlik qüvvələri Dağıstan Muxtar R-nın Karlaniyort kəndində kiçik bir evdə mərkəzləşən silahlı dəstəni mühasirəyə alıblar.
Bu qarşıdurma, Rusiyanın Soçi şəhərində keçiriləcək olimpiya qış oyunlarının başlanmasına bir ay qalan baş verib.
M. Dağıstan R-nın mərkəzi Mahaçqala Soçi şəhərinin 620 kilometrliyində yerləşir.
2013-cü ilin dekabr ayının axırlarında Volqaqırad şəhərində törədilən iki partlayışın ardınca Rusiyanın cənubunda ağır təhlükəsizlik tədbirlər həyata keçirilib. Törədilən terror aktılarında 34 nəfər həlak olmuşdur.