İranXƏBƏRLƏR

Ruhani İslam İnqilabının Böyük Rəhbərinə məktub ünvanladı

İran İslam Respublikasının prezidenti İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda yazıb: İran və 5+1 qrupunun nüvə müzakirələri elə bir formada irəlilədi ki, nüvə hüququ və uranın zənginləşdirilməsi haqqı beynəlxalq qüdrətlər tərəfindən etiraf olundu.

 

Həsən Ruhani bu gün səhər İslam İnqilabının Böyük Rəhbərinə məktub ünvanlayaraq İranın 5+1 qrupu ilə anlaşmanın yekun nailiyyətləri bağlı o Həzrəti və İranın şərafətli xalqını təbrik edib.

İran İslam Respublikası prezidentinin İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda bildirilir: Sizin inqilabçı övladlarınız ilkin addımı elə bir şəkildə irəlilədə bildilər ki, İranın nüvə hüququ və uranı zənginləşdirmə haqqı beynəlxalq qüdrətlər tərəfindən etiraf olunsun və ölkənin texniki və iqtisadi inkişaflarının qorunması istiqamətində növbəti böyük addımların atılması üçün yol açılsın.

Bu məktubda əlavə olunub: Bu müzakirələrdə uğur göstərdi ki, İslam Respublikasının qırmızı xətləri və bütün prinsiplərinə riayət etmək, İran xalqının məntiqli və sübutlu mövqelərini təqdim etmək və dünyanın ümumi fikri üçün məsələni tamamilə aydınlaşdırmaqla böyük qüdrətləri də İran xalqının hüququna hörmətlə yanaşmağa çağırmaq olar və ixtilafların yekun həlli istiqamətində növbəti addımları möhkəmliklə atmaq olar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu