İranXƏBƏRLƏR

Ruhani “tədbir və ümid hökumətindən” danışdı

İran prezident seçkiləri namizədlərinin təbliğat kampaniyalarının davamında ötən gecə islahatçı namizəd Həsən Ruhani İranın 2-ci televiziyası vasitəsi ilə hazırkı hökuməti tənqid edib və öz proqramlarından söz açıb.

Öz hökumət şüarını tədbir və ümid hökuməti adlandıran Höccətülislam Həsən Ruhani canlı proqramda deyib: Mən tarazlığı qoruyan bir şəxsəm. Həmişə tarazlığı qoruyan üsulçular və islahatçılarla tanış olmuş və onlarla işləmişəm. Bu gün də ümidvaram ki, tarazlığı qoruyan, məntiq və ədaləti sevən şəxslərin nümayəndəsi olam.

Müqavimət iqtisadiyyatının mənasına toxunan Ruhani söyləyib: Müqavimət iqtisadiyyatı bu mənadadır ki, biz müqavimətlə iqtisadiyyat məqsədləri, xüsusilə də perspektiv sənədinin icrasını həmin qüdrətlə izləməliyik.

Ruhani xatırladıb: Mənim tədbir və ümid hökumətimin iqtisadi əsası budur ki, xalqa dinclik versin və iqtisadiyyat sahəsindəki nigaranlığı aradan qaldırsın.

Prezident seçkisinin namizədi “Mən cinahdan kənar olmaq sözü ilə maraqlanır və onu xoşlayıram” deyərək əlavə edib: Mənim hökumətim cinahdan kənar olacaq. Bütün ekspert və ziyalılardan istifadə edəcəyəm və qənaətimcə, hamımız toplaşaraq bir-birimizin əlini tutmalıyıq ki, ölkə abadlaşsın.

“Biz ABŞ və heç kimdən qorxmuruq, lakin bacardığımız qədər müharibənin olmamasına çalışmalıyıq” deyən Həsən Ruhani söyləyib: Əgər bir gün düşmən istəyərsə müharibə etsin, biz müharibədə mərdik və başıuca duracağıq.

Ruhani sonda bir açarı göstərərək deyib: Bütün şey tədbir və ümid və tədbir açarı ilə həll olunacaq. Bilin ki, nüvə məsələsi də həll olunacaq; Sanksiyalar götürüləcək və iqtisadi inkişaf da yaranacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu