İran İslam Respublikası prezidenti deyib: Dövlət ilə məclisin anlaşması olduqca səmərəlidir və agah və fəal məclis icra qüvvəsinin sağlamlığına zəmanət verə bilər.
İran İslam Respublikası prezidenti- Həsən Ruhani bu gün İslam Şurası Məclisinin on birinci nazirlər kabineti üçün təklif olunmuş nazirlərə etimad s əsinin verilməsi üzrə iclasında ümidvarlıq edib ki, on birinci dövlətin taleyi qarşıdakı günlərdə müəyyənləşəcək və allah-taalanın iradəsi ilə nümayəndələrin sual və problemlərinə təklif olunmuş nazirlərin cavab vermələri, həmçinin xalqın tələblərinə öhdəlik və maraqlara ürəkyananlıq, dəqiq təfəkkür, təqva və pak ürəklə yeni dövlət işə başlasın.
İran İslam Respublikası prezidenti söyləyib: Təklif olunmuş nazirlərin komissiyalar və fraksiyalardakı təcrübələri göstərdi ki, dialoq, həmrəylik və anlaşma işin sərlövhəsidir və bir çox suallar birbaşa surətdə təklif olunmuş nazirlərdən soruşulub, bir çox məlumatlar mübadilə olunub və bir çox anlaşılmazlıqlar aradan qaldırılıbdır.
Ruhani təklif olunmuş nazirlər kabinetini saatlarla dialoq və məsləhətləşmələrin məhsulu adlandırıb və yeni dövlətə gəlmələrini onların müxtəlif idarəçilik səthlərində uzun keçmişə malik olmaları ilə dəyərləndirib.
İran İslam Respublikası prezidenti çıxışının davamında ölkənin həssas iqtisadi və ictimai şəraitdə olduğuna və beynəlxalq təzyiqlərin də problemlərə əlavə olunduğuna işarə edərək, deyib: Həmin təzyiqlər öz əsas nöqtəsini bu məsələ üzərində qoyubdur və çalışıbdır ki, ölkənin xariclə əlaqə yollarını məhdudlaşdırsın və ya bəlkə də bağlasın.
Ruhani əsas məsələnin sanksiyaların təsirli olub-olmamaları ilə əlaqəsi haqda deyib: Bəhs bunun üstündədir ki, görən, qərb ölkələri tərəfindən seçilmiş üsul bir beynəlxalq problemin həlli üçün bir yoldur, yoxsa yox və ya müxtəlif təzyiqlərlə ictimaiyyətin ilkin ehtiyaclarından məsələnin həllində istifadə etməlidirlər ? Hazırkı dövrdə onun həlli üçün qəbulediləsi, aqilanə və müxtəlif üsullar mövcuddur.
İran İslam Respublikası prezidenti bildirib ki, daxili iqtisadi məsələdə neft dollarına malikolma ölkədə yeni imkanların yaradılması üçün müstəsna fürsət yarada bilər, gəlirli iş yerlərinin yaradılması yolu ilə ölkəni cəmiyyət piramidasının çətin dolanbacından keçirmək olardı. O, söyləyib: Bununla belə, dövlətin ötən illər ərzində ictimai ehtiyacların təmininə cavab verməyə səy göstərməsi, büdcənin sıçrayışlı bir inkişafa malik olması və dövlətin öhdəliklərinin artımla üzləşməsinə səbəb oldu.
İcra Hakimiyyətinin başçısı dövlətin ölkənin məsələ və problemlərinə əsaslı münasibəti haqda da deyib: Dövlət paralel olaraq, iki istiqaməti izləyəcəkdir; bir tərəfdən, diplomatiya sahəsində xalqın istiqlaliyyətsevər tələbi çərçivəsində mövcud beynəlxalq problemləri həll etsin və mövcud xoşagəlməz prosesin davam etməsini dayandırsın, digər tərəfdən də çalışacaqdır ki, iqtisadi mənbələri artıraraq, mövcud mənbələrin vəziyyətini yaxşılaşdırsın.
Ruhani vurğulayıb ki, xarici siyasət sahəsi cüzi qalmaqallar sahəsindən başqa bir şey deyil. O, əlavə edib: Belə bir həssas sahə dəqiq icra, hərtərəfli, düşünülmüş və inzibatlı məsələlərin təqdimi və hazırlanması və söz və danışıqda inzibatın olmasını tələb edir, zira xarici siyasət qərarçıxarma sahəsidir və o, əməldə dəqiqliklə reallaşır və xarici siyasətdə azacıq diqqətsizlik ölkənin təhlükəsizliyini pozur düzəlməz zərərlərə səbəb olur.