İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini ötən iki gün ərzində beş iranlı sərhədçinin azad olunması üçün Pakistan rəsmiləri ilə məsləhətləşmələr aparıb.
Seyid Abbas İraqçı çərşənbə günü gecə Məşhəddə müxbirlər qarşısında əlavə edib: Bütün hərbi və polis rəsmiləri və ölkənin siyasi xadimləri hazırda iranlı sərhədçilərin azad olunmalarının ardıncadırlar.
Beş iranlı sərhədçi 2014-cü il fevralın əvvəllərində İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan ostanının “Cəkiqur” məntəqəsində oğurlandı və Cunbeşulədl terrorçu qaragüruhu bu sərhədçilərin oğurlanmaları məsuliyyətini üzərinə götürdü.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini həmçinin İrana qarşı insan haqları və terrorizm sanksiyalarının davam etməsinə dair Cenevrə müzakirələrinin nəticələri haqda deyib: Cenevrə razılaşmalarının İranı terrorizmi dəstəkləmək və ya insan haqlarını pozmaqda ittihamlandırmaqdan irəli gələn sanksiyalarla heç bir əlaqəsi yoxdur.
İraqçı sonra söyləyib: İrana qarşı tətbiq olunmuş sanksiyaların 90%-i nüvə məsələsinə adi olur ki, qərar üzrə müzakirələrin sonunda onların hamısı aradan götürülməlidir.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Cenevrə müzakirələri haqda heç bir gizli bir sənədin olmadığını bildirərək, əlavə edib: Xarici İşlər Nazirliyi bu müzakirələrə aid olan bütün sənədləri açıq şəkildə İslam Şurası Məclisinin açıq iclasında qaldırıbdır.
