Türkiyə kimyəvi maddələr aparan 3 yük maşınının Suriyaya daxil olmazdan öncə saxlanıldığını bildirib.
Türkiyə ordusu qərargahının rəhbərliyi bir bəyanatda bildirib ki, 2 gün öncə Türkiyə-Suriya sərhədləri yaxınlığında yerləşən Yeşilcə məntəqəsində 3-cü komandanlığın reydlərindən biri kimyəvi maddələr aparan 3 yük maşınını saxlayıb. Bu 3 yük maşını Suriyaya doğru hərəkət edirmiş.
Bu 3 yük maşınının axtarıldıqdan sonra 50 kiloqramlıq kükürd olan 20 kisə və ağzı bağlanmış qablar aşkarlanıb.
Video-çarx yayımlamaqla Suriyada kimyəvi silahlar hücumuna əl atacaqları ilə təhdid edən silahlı və terrorçu ünsürlər ötən il Xan Əsəl məntəqəsini kimyəvi hücuma məruz qoydular. Nəticədə bir neçə nəfər həlak oldu və yaralandı.
BMT müfəttişləri və Kimyəvi Silahların Qadağası üzrə Təşkilatın ekspertlərinin etirafına əsasən Suriya hökuməti kimyəvi silahların tam şəkildə məhv edilməsi sahəsində tam əməkdaşlıq edib və öz silahlarını məhv edib.
