AİP-in Astara rayonu komitəsinin sədri Ruhullah Axundzadə infarkt keçirib, vəziyyəti ağırdır. Bu barədə onun vəkili Anar Qasımlı məlumat verib:
«Mayın 8-də ona telefonla danışma hüququndan yararlanmağına icazə verməyiblər. Dini filmlərə baxmasına maneçilik törədiblər. Son 3 aydır ki, ona qarşı ciddi nəzarət tətbiq edilir. Ayın 8-dən sonra o, infarkt keçirib. Bu gün vəziyyəti elə pis idi ki, mən 15 nəfərin saxlandığı palataya qalxmalı oldum. Vəziyyəti çox pis idi. Onu da hicab şəhidi hacı Vaqif Abdullayevin aqibəti gözləyə bilər».
Anar Qasımlı məhbusun saxlanma şəraitindən narazı olduğunu deyib, bildirib ki, Dərman preparatları çatışmır. Onları yaxınları alıb göndərir.
Qeyd edək ki, Ruhulla Axundzadə 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Məktəblərdə hicab qadağasına etiraza görə İslam Partiyasının Astara komitəsinin sədri, Rufulla Axundzadə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.