AİP-in Astara rayon komitəsinin sədri Ruhullah Axundzadənin səhhətinin pisləşməsi təcili tədbirlərin görülməsini vacib edib.
Ruhullah Axundzadənin vəkili Anar Qasımlı bildirmişdi ki, müvəkkilinin səhhəti olduqca ağırdır və təcili tədbirlər görülməzsə onu da dünyasını dəyişmiş Vaqif Abdullayevin taleyi gözləyə bilər.
Vəkil Anar Qasımlı bildirdi ki, həftənin birinci günündən etibarən Mədət Quliyevə rəsmi müraciət etməsinə baxmayaraq rəsmi cavab verilməyib.
Ruhullah Axundzadənin oğlu Məhəmmədəli Axundzadə bildirdi ki, hazırda atasının vəziyyəti təhlükə altındadır. Dərman preparatlarının özləri tərəfindən alınıb aparıldığını söyləyən Məhəmməd Əli Axundzadə deyib ki, Penitensiar Xidmətin müalicə müəssisəsi həbsxanadan heç də fərqlənmir.