DünyaXƏBƏRLƏR

Taliban: MKİ-nin qərargahını hədəfə aldıq

Dünən axşam Kabildə 9 saat davam edən silahlı toqquşma Taliban yaraqlılarından olan hücumçuların hamısının öldürülməsi ilə başa çatdı.

Əfqanıstanın təhlükəsizlik rəsmiləri bildiriblər ki, dünən axşam Taliban kamikadzeləri ilə polis qüvvələri arasında çıxan və 9 saat davam edən silahlı insident sonda 5 hücumçunun hamısının həlak olması ilə başa çatıb.

Bu silahlı insident zamanı 1 polis əməkdaşı da həlak olub. Həmçinin, 13 polis əməkdaşı da yaralanıb.

Taliban bu hadisənin məsuliyyətini öhdəsinə götürüb.

Talibanın sözçüsü Zəbihulla Mücahid bu kamikadzelərin MİK agentlərinin istirahət məkanına hücum etdiklərini bildirib.

Kabil ötən həftə də qanlı hücumun şahidi olmuşdu. Onda da Gülbəddin Hikmətyarın başçılıq etdiyi İslam Partiyası bu hadisənin məsuliyyətini öhdəsinə götürmüşdü.

Bu hadisə zamanı 6 amerikalı həlak olmuş, 10-dan çox adam da yaralanmışdı.

Əfqanıstanda gərginliyin hər gün daha da artması bu ölkə xalqı arasında nigarançılığın da artmasına səbəb olub. Bu həmçinin, xarici qüvvələrin Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi və terrorizm ilə mübarizədəki məğlubiyyətinin bariz nümunəsidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu