Əl-Cəzirə Televiziyasının facebook üzərindən etdiyi “ilin ən əhəmiyyətli hadisəsi” anketinə qatılanların çoxu, 2014-ci ilin ən əhəmiyyətli hadisəsinin Fələstin müqavimətinin Qəzzada işğal güclərinə qarşı qazandığı zəfər olduğunu ifadə etdi.
Əl-Cəzirə internet üzərindən ilin ən əhəmiyyətli və ən pis hadisəsiylə əlaqədar bir anket təşkil etdi. İki gün davam edən anketə dəyişik ölkələrdən 700-dən çox adam iştirak edib.
Qatılanların çoxu ilin ən əhəmiyyətli hadisəsinin Qəzza müqavimətinin son döyüşdə işğalçı əsgərlərə qarşı göstərdiyi müqavimət və qazandığı zəfər olduğu istiqamətində oy istifadə etdi.
Sionist işğal əsgərləri qaçırılan 3 Siyonist’in öldürülməsini bəhanə edərək 8 İyulda Qəzzaya vəhşi və barbar bir şəkildə hücum etdi. Havadan, qurudan və dənizdən hücum başladan işğal gücləri bölgəyə tonlarla güllə, mərmi və top yağdırdı. 51 günlük müharibənin ardından Qəzza zəlzələ keçirmiş bir şəhər görüntüsü alarkən, çoxu vətəndaş, qadın və uşaq 2200 adam şəhid oldu, on mindən çox adam da yaralanıb.