AsyaXƏBƏRLƏR

Rusiya Suriyada terrorçular tərəfindən uşaqlardan döyüşlərdə istifadə olunması ilə mübarizə edilməsini istəyib

Rusiyanın insan haqları üzrə daimi nümayəndəsi- Konstantin Dolqov bildirib ki, dünya ictimaiyyəti Suriyada antidövlət qiyamçılarının uşaqlardan öz məqsədləri üçün istifadə etmələrinə reaksiya verməlidir.

Dolqov deyib: Ümidvarıq ki, BMT TŞ-in Uşaqlar və Silahlı Döyüşlər üzrə xüsusi nümayəndəsi daxil olmaqla dünya ictimaiyyəti tərəfindən bu məsələyə münasib reaksiya veriləcək.
Rusiya qərb-ərəb düşərgəsinin əksinə olaraq, Suriyanın daxili işlərinə hər cür müdaxilə, uşaqlardan istifadə və ifratçı terrorçuların göndərilməsi formasında bu ölkədə döyüşlər və kobudluqların şiddətləndirilməsinə əsaslanan Bəşşar Əsədin qanuni dövlətinə qarşı silahlı döyüşlərlə müxalifdir.
Moskva indiyədək bu istiqamətdə qərb-ərəb düşərgəsinin BMT TŞ-də Suriyaya qarşı üç qətnaməsini rədd edərək, bildiribdir ki, bundan sonra da beynəlxalq təşkilatlarda Suriyaya qarşı heç bir qətnamənin qəbul olunmasına icazə verməyəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu