Rusiya: Suriyalı üsyançılar Sarin qazından istifadə ediblər

Rusiyanın BMT-dəki nümayəndəsi bildirib: Rusiya, suriyalı üsyançıların martın 19-da Hələbin yaxınlığında Sarin qazından istifadə etmələrini sübut edən faktlara malikdir.

Vitali Çorkin çərşənbə axşamı günü sonra deyib: Rus ekspertlər hücumun baş verdiyi məkandan aldıqları müxtəlif maddələrdən nümunələr üzərində araşdırmalar aparıb, üsyançıların Sarin qazından istifadə etdiklərini göstərən faktlar əldə ediblər. Bu ekspertlər qeyd edilən faktları BMT-nin baş katibinin ixtiyarına veriblər.

↑
Mobil sürümden çık