İsveçdə fəaliyyət edən bir tədqiqat müəssisəsi hesabat yayaraq elan edib: 2009-2013 –cü illərdə ABŞ, Rusiya, Almaniya , Çin və Fransa ən böyük silah ixracatçıları olublar.
Stokholmun beynəlxalq sülh tədqiqat mərkəzi əlavə olaraq bildirib: Bu ölkələr dünyadakı silahların 74 faizini istehsal ediblər.
Bu məlumata görə Rusiya soyuq müharibədən sonra hərbi sənayesində böhranla üzləşdiyinə rəğmən silah ixracatını diqqət mərkəzində saxlamışdır. Bu ölkə 52 ölkəyə hərbi sur-sat ixrac edir və onun ən iri miqdarı 2013-cü ilə Hindistana təyyarə satışı olmuşdur.
Hesabatda bildirilib ilk dəfə olaraq silah ixracatında Rusiya ABŞ-ı önləyib. Çin , Rusiya və ABŞ Asiyanın cənubunda silah ixrac etməklə bu regionda nüfuzlarını genişləndirir.