Rusiyanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi Ukrayna böhranının həllinə kömək üçün razılıq əldə ediblər.
Sergey Lavrov Parisdə Con Kerri ilə birgə iclasın sonunda Ukrayna böhranına son qoymaq üzrə razılaşmanın icrası üçün bu ölkəyə kömək zərurəti haqda iki tərəfin razılığından xəbər verib; həmin razılaşma fevralın iyirmi birində imzalanıbdır.
Lavrov deyib: Con Kerri Ukrayna böhranının həlli üzrə danışıqlar haqda etimad atmosferinin yaradılması vacibliyini etiraf edərək qeyd edibdir ki, rus şəriklərin beynəlxalq təşkilatlar, o sıradan Rusiya-NATO Şurası və ATƏT vasitəsilə addım atmaq üzrə səyləri dialoq atmosferinin hazırlanmasında paya malik deyil.
Lavrov vurğulayıb ki, bəzi ölkələrin Ukraynanın kənarlaşdırılmış prezidenti- Viktor Yanukoviçlə müxaliflər arasında imzalanmaq üçün bir sülh razılaşması hazırladıqlarını nəzərə alaraq, özünün polyak, fransız və alman həmkarları ilə Parisdə Ukraynanın durumu barədəki danışıqları davam etdirmək niyyətindədir.
