Rusiyanın Təhlükəsizlik Təşkilatı FSB Moskvada MKİ-nin peşəkar casusunun həbs edib, sonra isə ölkədən depaortasiya edib.
Bu məlumata əsasən, Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-nin peşəkar casusu Fugel Rayan Kristofer Amerikanın Rusiyadakı səfirliyinin 3-cü katibi kimi fəaliyyət göstərirdi.
Rusiyanın təhlükəsizlik məmurları Moskvada bu amerikan casus diplomatın həbs olunması zamanı müəyyən miqdarda pul, simanı dəyişmək üzrə vəsaitlər, Rusiya vətəndaşlarını cəlb etmək üçün yazılı instruksiya və casusluq üzrə xüsusi texniki vəsaitlər aşkar ediblər.
Bu məsələnin ardınca ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırtdırılıb. Amerika indiyədək bu xəbərə reaksiya verməyibdir.