
Bir müddət öncə Avropada bəzi İran banklarına qarşı sanksiyaların ləğv edilməsinə baxmayaraq, iranlı tələbələrin bank hesablarının bağlanması Almaniya hökumətinin etirazına səbəb olub.
Səhər kanalı internet saytının məlumatına görə, Şpigel jurnalı Doyçe, Komerts və digər bankların iranlı tələbələrin bank hesablarını bağlamasından xəbər verib.
Bu banklar iranlı tələbələrin bank hesablarının hansı səbəblə bağlanması haqda izahat da vermirlər. Amma, bəzi dairələr bunu Qərbin İrana qarşı sanksiyaları ilə əlaqələndirirlər.