DünyaXƏBƏRLƏR

Rusiyanın cənubundakı bomba partlayışında 10 nəfər yaralanıb

Dağıstan Respublikasındakı bir satış mərkəzində bomba partlayışı nəticəsində on nəfər yaralanıb.

Rusiyanın İnterfaks xəbər agentliyinin Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Əlaqələr Şöbəsinə istinadlı məlumatına görə, bu bomba bazar günü axşam Dağıstanın paytaxtı- Mahaç-Qalanın mərkəzi hissəsində yerləşən sutkalıq bir satış mərkəzində partlayıb və naməlum şəxslər onu satış mərkəzinin içində yerləşdirdikdən sonra aradan çıxıblar.
Partlayış nəticəsində binada yanğın baş verib və satış mərkəzinin iki gözətçisi daxil olmaqla onun daxilindəki on nəfər yaralanaraq, xəstəxanaya köçürülüb.
Bazar günü axşam Mahaç-Qalada yerləşən digər bir satış mərkəzinin yaxınlığında başqa bir bomba partlayıb ki, heç bir insan tələfatına səbəb olmayıb.
Bazar günü səhər tezdən də İlyas İlyasov adlı bir müsəlman ruhani bu şəhərdə terror olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu