Ərəbistanın şərqində ” Azad gənclər ” hərəkatı ölkə məhbusları ilə həmrəyliyini nümayiş etdirmək məqsədilə Əl-Qətifdə mitinq keçirəcəyini bildirib.
Sözügedən hərəkat bir bəyanatda bu məsələyə işarə edərək qeyd edib : Bu mitinq cümə günü Əl-Qətif şəhərinin Əl-Əvamiyə klinika mərkəzinin yaxınlığında keçiriləcək.
Daxil olan digər bir məlumata əsasən, Ərəbistanın təhlükəsizlik qüvvələri Əl-Əvamiyə şəhərində atəş açmağa başlayıblar ki, nəticədə yaşayış binalarından biri yanğına düçar olub.
Hazırda Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri Əl-Əvamiyə şəhərinin giriş qapılarında mərkəzləşiblər və ölkə vətəndaşları arasında dəhşət yaratmaqla məşğuldurlar.
Ərəbistan vətəndaşları bu ölkədə siyasi islahatların aparılması , sosial ədalətin bərqərar edilməsi və siyasi məhbusların azad edilməsini istəyirlər.