İranXƏBƏRLƏR

Ayətullah Rizvaninin cənazəsi Qum şəhərində torpağa tapşırıldı

İran İslam Respublikası Konstitusiyanın İcrasına Nəzarət Şurasının(Negəhban Şurası) mərhum üzvü Ayətullah Qulamrıza Rizvaninin cənazəsi bu gün Qum şəhərində son mənzilə yola salınıb.

Bu mərasimdə Negəhban Şurasının katibi və üzvü, ölkə üzrə dini elmlər hövzələrinin müdiri Ayətullah Cənnəti də iştirak edib.
Ayətullah Rizvaninin cənazəsi İmam Həsən Əsgəri(ə) məscidindən Xanım Fatimə Məsumə(s.ə.) məqbərəsinə kimi müşayiət olunub və Ayətullah Şubeyri-Zəncani tərəfindən qılınan namazın ardınca Xanım Məsumə(s.ə)-nın məqbərəsində dəfn olunub.

Axşam namazından sonra Qumun Əəzəm məscidində Ayətullah Rizvaninin xatirə mərasimi keçirilib.
Ayətullah Rizvani Negəhban Şurasının üzvlərindən idi. O, cümə günü 82 yaşında dünyasını dəyişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu