İraq və Şam İslam Dövləti (IŞİD) adlı tekfirci terroristlər, öz qrup üzvlərindən 5 adamın əl-Nusra terror təşkilatı tərəfindən edam edilməsinə qarşılıq, 3 əl-Nusra mənsubu və 29 İslam cəbhəsi adlı terror təşkilatı elamanlarını əsir aldıqdan sonra Deyr əz-Zor şəhərinin əl-Şovla kəndində edam etdi.
Suriyanın şərq Deyr əz-Zor bölgəsində İraq və Şam İslam Dövləti (IŞİD) və əl-Nusra terror təşkilatları arasında edam və hesablaşmalar şiddətləndi.
Əl-Mənar internet saytı xəbərinə görə, əl-Nusra terror təşkilatı, IŞİD komandirlərindən “Əbu Menzere”, “Əbu Haşim əl-Cezravi” və “Əbu Səlma əl-Ensari” adlı 3 adamı Rakka’da dönərkən “Munbic” şəhərində öldürdü.
Bunun üzərinə İraq və Şam İslam Dövləti (IŞİD) öz üzvlərindən 5 adamın əl-Nusra terror təşkilatı tərəfindən öldürülməsinə qarşılıq olaraq, 3 əl-Nusra mənsubu və 29 İslam cəbhəsi adlı terror təşkilatı elamanlarını əsir aldıqdan sonra Deyr əz-Zor şəhərinin əl-Şovla kəndində edam etdi.















