AzərbaycanİranXƏBƏRLƏR

Sərhəd müqaviləsinin müddətinin uzadılması araşdırılır

Azərbaycan Respublikası parlamentinin sədri bildirib ki, bu ölkə parlamenti İranla sərhədi sadələşdirilmiş qaydada keçməklə əlaqədar müqavilənin uzadılmasını tezliklə araşdıracaq.

Modern.az saytının verdiyi məlumata görə, bununla əlaqədar İranın Azərbaycan Respublikasındakı səfiri də iki ölkə sərhədini sadələşdirilmiş qaydada keçməyin yenidən mümkün olacağını müsbət qarşılayıb.

İran səfirliyinin mətbuat xidmətinin məsul şəxsi Seyid Məhəmməd Ayətullahi Modern.az saytına deyib: Tehran İran və Azərbaycan Respublikası sərhədyanı ərazilərin sakinlərinin sərhədi sadələşdirilmiş qaydada keçmələri ilə bağlı müqavilənin yenidən imzalanması məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin qərarını müsbət qarşılayır.

Ayətullahi bildirib ki, İran İslam Respublikası bu müqavilənin müddətinin uzadılması üçün hazır olduğunu rəsmən Azərbaycan Respublikası hökumətinə bildirib.

Qeyd etmək lazımdır ki, 45 kilometrə qədər sərhədyanı ərazilərdə yaşayan iki ölkə vətəndaşlarının sərhədi sadələşdirilmiş qaydada keçməklə əlaqədar İran və Azərbaycan Respublikası arasındakı mövcud müqavilənin icrası ötən 26 dekabrdan dayandırılıb.

Ötən dekabr ayı Azərbaycan Respublikası Milli Məclisi qalmaqallı iclasda bir qrup deputatın etirazına baxmayaraq, 45 kilometrə qədər sərhədyanı ərazilərdə yaşayan iki ölkə vətəndaşlarının sərhədi sadələşdirilmiş qaydada keçmələri ilə bağlı bu ölkə ilə İran arasındakı mövcud müqaviləni ləğv etdi.

Bu müqavilə 2005-ci il 26 yanvarda Tehranda iki ölkə tərəfindən imzalanmışdı. Müqaviləyə əsasən 45 kilometrə qədər sərhədyanı ərazilərdə yaşayan İran və Azərbaycan Respublikası vətəndaşları sərbəst şəkildə sərhədi keçə bilərlər.

Halbuki İran Azərbaycan Respublikası ilə ictimai münasibətlər və əməkdaşlıqların genişləndirilməsi məqsədilə öz iradəsini nümayiş etdirmək üçün 2010-cu il fevral ayından Azərbaycan Respublikası vətəndaşlarına viza rejimini birtərəfli qaydada ləğv edib və buna görə sərhədi sadələşdirilmiş qaydada keçməklə bağlı müqavilənin Azərbaycan Respublikası parlamenti tərəfindən ləğv olunmasının bu ölkə vətəndaşlarının İrana səfərinə təsiri olmayacaqdır.

Azərbaycan Respublikasının bu hərəkətinin ardınca, bir qrup ekspert İran vasitəsi ilə Naxçıvana gedən Azərbaycan Respublikası yük maşınlarının sürücüləri üçün viza rejiminin icra olunmasının zəruriliyini vurğulayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu