İranXƏBƏRLƏR

Soltaniyyə Amanonun Direktorlar Şurasına cavab verməsini istəyib

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi ayrı-ayrılıqda məktublar ünvanlayaraq bu agentliyin direktoru Yukiya Amanonun Direktorlar Şurasına lazımi cavabı verməsini istəyib.

Əli Əsğər Soltaniyyə AEBA-nın gizli məlumatlarının qorunmasının zəruriliyini bildirib.

İranın MAQATE-dəki nümayəndəsi ölkələrin gizli məlumatlarının qorunmasında bu qurumun acizliyinə, həmçinin baş direktorun direktorlar şurasına təqdim etdiyi əlavə protokolda agentliyin əsasnaməsinə zidd hüquqi öhdəliklərdən kənar halların dərc olunmasına etiraz edib.

Soltaniyyə həmçinin bəzi Avropa ölkələrinin öz ölkələrində atom silahı yerləşdirməklə bağlı agentlik qarşısındakı öz öhdəliklərinə sadiq qalmamaları, Nüvə Silahlarının Yayılmamasına dair Sazişə əsasən Amerikanın öz öhdəliklərini yerinə yetirməməsi və atom silahlarını yaymaqla və bəzi Avropa ölkələrində yerləşdirməklə NPT sazişinin müddəalarını pozması, baş direktorun araşdırma aparmaq və Direktorlar Şurasına təhqiqatın nəticəsini təqdim etməklə bağlı vəzifələrinin yerinə yetirilməməsinə etiraz edib.

Bu 3 məktub Direktorlar Şurasına təqdim olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu