FələstinXƏBƏRLƏR

YUNİSEF sionistlərin fələstinli uşaqlarla davranışını tənqid atəşinə tutdu

YUNİSEF 22 səhifəlik bir hesabatda sionist rejimin həbsdə olan fələstinli yeniyetmələrlə davranışını qeyri-insani və zülmkarlıq adlandırıb.  BMT-nin uşaqlar üzrə agentliyi YUNİSEF 22 səhifəlik hesabatında sionist rejimdə fələstinli uşaq və yeniyetmələrlə pis davranışı mütəşəkkil, geniş və əsaslı adlandırıb.  YUNİSEF bildirib ki, sionist rejim işğal olunmuş Fələstin ərazilərində uşaq və yeniyetmələri qanuni yaşa çatmadan hərbi məhkəmədə mühakimə edir və onlarla zülmkarcasına və qeyri-insani şəkildə davranır.  Bu qurum sionist rejimə rəftarını dəyişmək üçün 38 halı tövsiyə edib. Bu da öz növbəsində bu irqçi rejimin hansı faciələri törətdiyini nümayiş etdirir.  Ötən onillikdə İsrail 12-17 yaşlar arasında olan 7 min yeniyetməni həbs edib, dindirdikdən sonra mühakimə edib. Bu da təxminən gündə iki yeniyetmənin həbs və ya mühakimə olunduğunu göstərir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu