İranın daxili işlər naziri bu dövrkü seçkilərdə səsvermə haqqına malik olanların sayının 50 milyondan çox olduğunu açıqlayaraq, deyib: Səsvermə haqqına malik olanlardan 1.5 milyon nəfəri ilk dəfə olaraq səsvermədə iştirak etmiş olacaq.
Mustafa Məhəmməd Nəccar ölkə valiləri və vali müavinləri ilə toplantısının kənarında jurnalistlərlə müsahibədə deyib: Bu iclas vilayət valiləri ilə son ahəngdarlıqların yaradılması və seçkilərin icra əməliyyatının bir daha nəzərdən keçirilməsi məqsədini daşıyır.
M.Məhəmməd Nəccar nazirliyinin sırf qanun çərçivəsində davrandığını deyərək, hazırkı dövr seçkilər üçün 130 min seçki qutusunun nəzərdə tutulduğunu bildirib və bunun üçün doğurdan da ciddi əzmkarlığa və ahəngdarlığa ehtiyacın olduğunu vurğulayıb.
