İranXƏBƏRLƏR

Salehi Afrikaya Nəccar Çinə gedib

Cümə axşamı səhər çağı İran İslam Respublikasının Xarici işlər naziri bir heyətə başçılıq edərək Tehranı Zimbabve paytaxtı Hərarəyə doğru tərk edib.

Əli Əkbər Salehinin Afrikaya səfəri 5 gün davam edəcək. O bu səfərdə Zimbabvedən əlavə Namibiya və Komor ölkələrinin rəsmiləri ilə də görüşəcək qarşılıqlı əlaqələr, region və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaq.

Müstafa Məhəmməd Nəccar da Çin xalq Respublikasına rəsmi səfərə çıxıb. O bu gün səhər Pekinə daxil olub.

İ İran ilə Çin arasında möhkəm əlaqələr və əməkdaşlıqların olduğunu vurğulayaraq Çinə səfəri barədə deyib: bu səfərdə ötən il imzalanmış qarşılıqlı əməkdaşlıqlar memorandumun nəticələri barədə Çinin Təhlükəsizlik naziri ilə fikir mübadiləsi aparılacaq.
Məhəmməd Nəccar deyib: hər iki ölkə üçün Regionda təhlükəsizlik xüsusi önəm daşıyır və ümid edirik ki İran ilə Çin arasındakı əməkdaşlıqlar regional təhlükəsizlik və sabitliyə öz töhfəsini verəcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu