Özbəkistanda xristianlıq məzhəbini təbliğ edən 3 amerikalı bu ölkədən qovulub.
12 Üz internet saytının məlumatına görə, Özbəkistanda ” Fərqanə ” məhkəməsi ” Tilver Deblika Antoni ” ” James Maltyn” və ” Helmut Clayton” adlı üç amerika vətəndaşını xristianlıq məzhəbini təbliğ etdikləri üçün özbəkistan ərazisindən kənarlaşdırılmağa məhkum edib.
Özbəkistan polisinin bildirdiyinə görə, sözügedən üç şəxs turizm fəaliyyətləri pərdəsi arxasında Qırğızıstandan Özbəkistana daxil olub və orada xristianlıq dinini təbliğ edirmişlər.
Bu üç amerikan şəxsdən tacik və özbək dilində olan çoxlu sayda CD aşkarlanıb.
Onlar Özbəkistandan sonra Ermənistan , İran və Türkiyəyə səfər edəcəkmişlər.