Ukraynanın Səhiyyə Nazirliyi Kiyevdə ölənlərin sayı barədə rəsmi məlumat verib.
Nazirlik 18 fevral tarixindən bu yana qeydə alınan toqquşmalarda 75 nəfərin həyatını itiridiyini təsdiqləyib.
“Svit24” saytının verdiyi məlumata görə,Ukraynanın Səhiyyə Nazirliyi həmçinin açıqlayıb ki, polislə müxalifət tərəfdarları arasında qarşıdurmalarda 570 nəfərdən çox ukraynalı da xəsarət alıb. Yaralı olanlardan 363 nəfər xəstəxanalara yerləşdirilib.