“Səyyad-2” adlı havadan müdafiə raketinin istehsalının İranın müdafiə nazirinin iştirakı ilə açılışı olub.
İran müdafiə naziri general-mayor Hüseyn Dehqan Müdafiə Nazirliyinin yeni nailiyyətlərini açıqlayıb və deyib: Hava hücumları ilə mübarizə aparmaq üçün müdafiə təchizatlarının təmin olunması istiqamətində “Səyyad-2” raketinin dizaynı və istehsalı gündəmə gətirildi.
“Səyyad-2” raketi ortamənzilli və yüksək hündürlüyə malik havadan müdafiə raketidir və dünyanın müasir texnologiyalarına əsasən dizayn olunub. Bu raket müxtəlif helikopterləri, pilotsuz təyyarələri, kiçik radar səviyyəsindəki məqsədləri yüksək sürət və manevrlə məhv etmək qabiliyyətinə malikdir.