AfrikaXƏBƏRLƏR

Misirdə cümə günü aksiyalarında 3 nəfər həlak olub

Misirin tibb mənbələri bildiriblər ki, ötən gün bu ölkədə aksiyalar zamanı 3 nəfər həlak olub. Aksiyalar “Misir qadınları – qırmızı xətdirlər” şüarı ilə Qahirə və bir neçə digər şəhərdə keçirilib.

Misir hökuməti müxaliflərinin internetdə yayımladıqları kadrlara əsasən Süveyş şəhərində bir gənc polisin atəş açması nəticəsində həlak olub. Polis qüvvələri iki nəfəri də “Çevrilişlə müxalifət” aksiyası zamanı əl-Cizə və əl-İmraniyyə məhəlləsində qətlə yetiriblər. Bu iki nəfərdən birinin təkcə 12 iki yaşı olub.
Misir paytaxtı Qahirədə də minlərlə nəfər Rabiətül-Ədəviyyə meydanına getməyə çalışıb. Lakin polis onların bu meydana doğru hərəkətinə icazə verməyib.
Misirin müxtəlif şəhərlərində aksiyaçılar hərbi çevrilişi pisləməklə yanaşı kənarlaşdırılmış prezident Məhəmməd Mursinin iqtidara qaytarılmasını istəyiblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu