AsyaDünyaİranXƏBƏRLƏR

İran prezidenti Böyük Rəhbərə təşəkkür edib

İran prezidenti Həsən Ruhani Böyük İnqilab Rəhbərinə müqavimət iqtisadiyyatının prinsipini elan etmələrinə görə öz təşəkkürünü bildirib.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xameneinin ölkənin üçlü qüvvələrinin başçıları və məsləhət şurasına ünvanladığı məktubda 24 maddəlik müqavimət iqtisadiyyatının prinsipi elan edilib.
Böyük İnqilab Rəhbəri düşmənin iqtisadı müharibəsi əleyhinə mübarizə aparmaqda İİR-nin müqavimət iqtisadiyyatının prinsipini elan etməsindən bir neçə saat sonra , İran prezidenti Həsən Ruhani Böyük İnqilab Rəhbərinin bu geniş məfhumlu məktubuna öz təşəkkürünü elan edərək bildirib : Müqavimət iqtisadiyyatı prinsipləri , dövlət üçün bir işin perspektivi olaraq ölkə iqtisadiyyatının çiçəklənməsinə gətirib çıxaracaq.
İran prezidentinin Dünya Müsəlmanlarının Vəliyyi Əmrinə ünvanladığı məktubda qeyd olunub : Bu siyasət , tədbir və ümid dövləti üçün bir çıraq olacaq ki , rəhbərliyin himayəsi altında xalqla öz əhd-peymanını möhkəmləndirib İran iqtisadiyyatının çiçəkləndirilməsinə zəmin yartsın .

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu