AsyaİraqXƏBƏRLƏR

İraqın qərbində təhlükəsizlik tədbirləri güclənib

İraqın qərb hissəsində baş verən terror aktında nizam-intizam zabitlərindən bir neçəsinin həlak olmasının ardınca, İraqın qərbində yerləşən Əl-Ənbar vilayətində təhlükəsizlik tədbirləri güclənib.

son günlərdə İraqın qərb hissəində bir neçə İraq zabitinin silahlı yaraqlılar vasitəsi ilə öldürülməsindən sonra, İraq təhlükəsizlik qüvvələri ölkənin Əl-Ənbar vilayətindəki təhlükəsizlik qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib və İraq baş naziri Nuri Maliki terrorçularla kəskin şəkildə qarşılaşmağın üzərində təkid edib.

Bu hücumlarda İraqın 7-ci batalionunun qərargah komandanı general Əhməd Əl-Kürəvi və onu müşayiət edən bir neçə zabit həlak olub.

Həmçinin İraq paytaxtının cənubunda yerləşən Lətifiyyə məntəqəsində Kərbəlanın piyada zəvvarlarına qarşı qumbara vasitəsi ilə baş tutan hücum nəticəsində bir hüseyn (əs) zəvvarı şəhid edilib və 5 nəfər də yaralanıb.

İmam Hüseyn (əs) ərbəini ərəfəsində terrorçular İraqda cinayətlərini genişləndirərək, ölkənin müxtəlif məntəqələrində yüzlərlə iraqlı vətəndaşı qırğın ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu