DünyaXƏBƏRLƏR

Dünyanın müxtəlif yerlərində Tasua axşamı mərasimləri keçirib

Hüseyn (əs) Tasuası gecəsində şəhidlər ağası və mövlası Həzrət İmam Hüseyn(əs)-a həsr olunmuş matəm məclisləri dünyanın hər bir yerində və İranın müxtəlif şəhərlərində və kəndlərində olan Əhli-beyt aşiqlərinin geniş iştirakı ilə həyata keçirildi.
İRNA-nın verdiyi məlumata əsasən, Əhli-beyt (əs) aşiqləri dünyanın müxtəlif milliyyətlərindən olan müxtəlif ölkələrdə məscidlər, hüseyniyyələr və dini mərkəzlərdə bir araya gələrək Kərbəla saları və şəhidlərın mövlası Hzərət İmam Hüseyn (əs) və 72 yar-o-ənsarının müsibətlərini xatırladaraq sinə vurub əzadarlıq edərək o həzrətin məzluluğu üçün qan yaş ağlayıblar.
Tasua gecəsi mərasimlərində natiqlər isə İmam Hüseyn(əs)-ın vəfalı sərdarı olan Həzrət Əbül-fəzl (əs)-ın əxlaqi səciyyələri və xüsusiyyətləri haqda çıxış edərək, o Həzrətin önəmli xususiyyətlərindən birinin Bəsirət əhli olduğunu deyiblər.
Bu gün çərşənbə günü 1435-ci h.q ili (2013-cü il 13 noyabr) Tasua günü ilə təsadüf edir.
Hüseyn (əs) aşiqləri və vurğunları Tasua (çərşənbə 13 noyabr) və cümə axşamı (14 noyabr) Aşura günləri, xüsusi mərasimlər keçirərək, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn (əs) və o imamın qardaşı Həzrət Abbas (əs) başda olmaqla vəfalı sırdaşlarının şəhatəinin ildönümnü qeyed edərək əzadarlıq edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu