İranXƏBƏRLƏR

Qarabağ konfransı ilə əlaqədar Təbrizdə mətbuat konfransı keçirilib

” Qarabağ və islam dünyası ” adı altında keçiriləcək iki günlük beynəlxalq konfransın iranlı və xarici iştirakçıları ilə Təbrizdə mətbuat konfransı keçirilib.

Konfransda Qarabağ Azadlıq Təşkilatı QAT-ın sədri Akif Nağı əvvəldə bu beynəlxalq konfransın təşkilatçılarına öz təşəkkürünü bildirərək deyib : Təbriz konfransı, birinci əsaslı elmi-praktiki addım sayılır. Çünki indiyədək müxtəlif səmərəli nəticələri olub və bu da , artıq işğalçıların narahatlığına səbəb olub.
Mətbuat konfransının digər bir hissəsində Bakıda bu konfransın 5 ilkin hazırlıq tədbirinin keçirilməsindən razı qaldığını qeyd edən Akif Nağı xatırladıb: Bu konfransın 6 aylıq fəaliyyəti Minsk Qrupunun 20 illik fəaliyyəti ilə müqayisədə effekti və təsirli olub. Ötən 20 ildə, bu qrupun səyləri bir o qədər də səmərəli olmayıb və həmişə bu qrup Ermənistanın maraqlarını diqqət mərkəzində qərar verib.
Konfransın digər azəri iştirakçılarından olan Qarabağ islami müqavimət hərəkatının sədri Rövşən Əhmədli də Qarabağın azad edilməsi yolunda müsəlman ölkələrin o cümlədən İİR-nın gücündən istifadənin edilməsinin vacibliyini vurğulayıb.
Bu azəri siyasətçi deyib: “Təbrizdə Qarabağ barədə beynəlxalq konfransın təşkilinin təxirə salınmasının elan edilməsi ardınca , Az.R-nın xarici işlər naziri və prezident administrasiyasının ictimai-siyasi idarəsinin rəhbərinə məktub ünvanlayıb və bu konfransın əleyhinə çıxmalarının səbəblərini soruşduq . Lakin təəssüflər olsun ki , bu saata qədər onlar bizim suallarımızı cavablandırmayıblar”.
Əhmədli əlavə olaraq deyib :” Biz müxtəlif ölkələrin Qarabağ məsələsi ilə bağlı tutduqları mövqeyi ilə tanış olduqdan sonra , həqiqi düşmənlərimizi tanımışıq. Bəzi ölkələr Qarabağ münaqişəsindən bir vasitə kimi istifadə etməyi qarşıya məqsəd qoyublar. Bəzi dövlətlər də o cümlədən , ABŞ-ın bir neçə ştatı Ağ evin yandırdığı yaşıl çıraq ilə Qarabağın müstəqilliyini tanımaqdadırlar. Halbuki bizim İrandakı qardaşlarımız Az.R-dakı müsəlmanları himayə naminə ən böyük beynəlxalq bir konfransı təşkil etməyi qarşıya məqsəd qoyublar . əlbəttə bu da , Arazın otayındakı siyasətçilər və müsəlman əhali üçün çox dəyərli olub böyük əhəmiyyət kəsb edir”.
“Qarabağ və islam dünyası” adlı beynəlxalq konfrans dekabrın 17-si və 18-ci günlərində Təbrizdə iranlı və xarici qonaqların iştirakı ilə keçiriləcək. Qeyd edək ki , bundan qabaq sözügedən konfransın bu ilin noyabr ayının 6-da Təbriz dövlət universitetində keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bu konfransa rəyasət heyəti Az.R-nın bu gözlənilməz etirazına verdiyi reaksiyada həmin konfransın təşkilini bir aydan çox müddətə təxirə salmışdır.
Siyasi politoloqlar və ekspertlər Az.R Xarici İşlər Nazirliyinin o konfransın Təbrizdə təşkilinə etirazını , İlham Əliyev hakimiyyətinin Ermənistan və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə pərdə arxasında birləşib-sövdələşməsi mənasında dəyərləndiriblər . Əslində görünür , rəsmi Bakı ,Qarabağ münaqişəsinin cərəyan etməsi üçün Ermənistan və Minsk Qrupunun amerikalı , fransalı və rusiyalı həmsədrləri ilə razılığa gəlib. Bu elə bir haldadır ki, Ermənistanın tapdağı atlında olan torpaqların azad edilməsini istəyən azəri siyasətçilər və vətənpərvərlərin hamısı ya dustaqdadırlar yadakı hökumət tərəfindən son dərəcə təcriddə qərar veriliblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu