İranSuriyaXƏBƏRLƏR

Salehi: Mak Keynin Suriyaya gəlməsi qanunsuzdur

İranın xarici işlər naziri deyib: Amerikalı senator Mak Keynin qanunsuz olaraq Suriyaya daxil olması və bu ölkənin müxalifləri ilə görüşməsi bütün beynəlxalq konvensiya və hüquqlarla ziddiyyətdədir.

Əli Əkbər Salehi Beynəlxalq Suriya İclasının sonunda deyib: Bizim bu iclasda məqsədimiz bu idi ki, dünya ölkələri bir araya gələrək, Suriya məsələlərini azad və bitərəf surətdə təhlil etsinlər.

Əli Əkbər Salehi senator Mak Keynin qanunsuz olaraq Suriyaya daxil olması və bu ölkənin müxalifləri ilə görüşməsi barədə söyləyib: Bu hərəkət bütün beynəlxalq konvensiya və hüquqlarla ziddiyətdədir ki, bir ölkənin senatoru heç bir icazə olmadan başqa bir ölkənin torpağına daxil olsun.

O, əlavə edib: Bu, mütləq bütün beynəlxalq konvensiyalar və qaydaların əksinədir və beynəlxalq müahidələrlə təzaddadır.
Salehi deyib: Bu zaman onlar bu addımlarla iddia edirlər ki, dünyada qayda-qanun bərqərar olmalı və bütün ərazilərdə milli hakimiyyət, demokratiya və konvensiyalara riayət edilməlidir.

O, sonra söyləyib: Onlar qanunsuz surətdə Suriyaya getməklə bütün bunları pozdular; onların bu addımları media və güc qüdrəti hesabına həyata keçir və bu əsasda belə şərh edirlər ki, hər bir iş görərlərsə, qanundur və əgər belədirsə, bu, meşə qanunudur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu