Myanmanın şimal-şərqində müsəlmanlara məxsus bir məscid, bir kimsəsiz uşaq evi və bir neçə dükan yandırılıb.
Myanma polisinin bir rəsmisi baş verənlərlə bağlı açıqlamasında bildirib ki, dünən gecə Şan vilayətində, Laşiv məntəqəsində gerçəkləşən bu hadisə zamanı xəsarət alan olmayıb.
Myanmada ifratçı buddiMyanmastlər tərəfindən ötən ilin iyun ayından bu ölkə müsəlmanlarına qarşı başladılmış zorakılıqlar indiyə kimi yüzlərlə nəfərin ölməsi və on minlərlə insanın didərgin düşməsi ilə nəticələnib.
Myanma prezidenti Tin Sin isə Amerikaya olan səfəri zamanı müsəlmanlara qarşı zorakılıqların qarşısını alacağını vəd etsə də, indiyə kimi bu istiqamətdə heç bir addım atmayıb.
Myanma hökuməti bu ölkə müsəlmanlarının vətəndaşlıq hüquqlarını tanımır və onların ya ölkəni tərk etməli, ya da dövlət tərəfindən ayrılmış düşərgələrdə yaşamalı olduqlarını bildirir.
Myanmada 800 mindən çox Ruhinqa müsəlmanı yaşayır.