İranXƏBƏRLƏR

Salehi: Müzakirələrə ümidvaram

İranın xarici işlər naziri cümə günü İran və 5+1 Qrupu arasındakı müzakirələr haqda deyib: Məsələnin həllinə ümidvaram və bu məsələ həll olacaq.

Əli Əkbər Salehi əlavə edib: Şübhəsiz İranın işi Şimali Koreya və ya Liviyanın işi kimi olmayacaq. Və elə indi elan edirəm ki, məsələ həll olacaq. Çünki, biz gördüyümüz işdən və nüvə fəaliyyətlərimizin dinc məqsədlər üçün olmasından əminik. Buna görə də ötən illər ərzində bizim mövqeyimizdə heç bir qeyri-sabitlik mövcud olmayıb.İranın xarici diplomatiya idarəsinin başçısı Qərbin İrana qarşı təzyiqlərini xatırladaraq deyib: Misal üçün biz bu sanksiyalardan öncə Avropa ilə 50 milyard avroluq iqtisadi mübadilələrə malik olmuşuq. Əgər bu proses davam etsəydi indi bu rəqəm 80 milyard avronu da keçmiş olardı. Lakin, hazırda 17 milyard dollara qədər azalıb.
“Bizim üçün çətinliklər yaransa da, xalqımız ayıq və agahdır” – deyə Salehi əlavə edib.

İranın xarici işlər naziri sonda xatırladıb: Bu ilki 22 Bəhmən yürüşündə jurnalistlərdən birinin məndən “Xalqın bu səviyyədə iştirak edəcəyini təsəvvür edirdinizmi?” sualına cavabda sədaqətli olduğum və şüar ardınca olmadığım üçün dedim: Yox! Çünki, təsəvvür edirdim xalq iqtisadi məsələlərə, valyuta bazarında yaranmış vəziyyətə və bazarla bağlı mövzulara görə bir qədər incik düşüb. Amma, xalqın əzəmətli iştirakı doğurdan da inanılmaz idi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu