İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyasının fəaliyyəti yanacağın 3-də bir hissəsinin dəyişdirilməsi üçün müvəqqəti olaraq dayandırılıb.
Beynəlxalq Xəbər şəbəkəsinin məlumatına görə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi söyləyib: Bu stansiyanın yanacağının dəyişdirilməsi neçə həftə bundan əvvəl həyata keçirilməli idi amma havanın soyuq olması və qaz istehlakının çoxalmasına görə bu proses neçə həftə təxirə salınmışdır.
İran Atom Enerjisi Təşkilatının müavini Buşehr Stansiyasının yanacağının dəyişdirilməsində MAQATE müfəttişlərinin nəzarətinə işarə edərək söyləyib: Buşehr reaktorunun mərkəzi ilk dəfə yanacaq alanda MAQATE müfəttişləri tərəfindən plomblanmışdır. Buna görə də yanacağın dəyişdirilməsi zamanı müfəttişlərin plombları dəyişməyə nəzarəltəri zəruridir və sonra bir daha reaktorun qapısı plomblanmalıdır.