Bir amerikalı təhlilçi deyir: Dünya xalqlarının Həsən Ruhaniyə Nobel Sülh Mükafatının verilməsini himayə etməsi sübut edir ki, dünya müharibədən yorulub və sülh istəyir.
Mən belə düşünürəm ki, bu yaxşı bir əmsaldır. Xalq artıq yeni bir mərhələyə daxil olmağa hazırdır. Yalnız öz həyatları deyil, başqalarının də maraqlarını və ümumilikdə yer üzündə yaşayan bütün insanların mənafeyini nəzərə almağa başlayıb.
O, daha sonra Qardiyan qəzeti tərəfindən internet vasitəsilə aparılan rəy sorğusunun nəticələrinə də işarə edib və bu rəy sorğusunda iştirak edənlərin böyük əksəriyyətinin Həsən Ruhaninin Nobel Sülh Mükafatına layiq görülməsini müdafiə etdiyini bildirib.
Glen deyib: Ruhaninin BMT Baş Assambleyasında etdiyi sülhsevər çıxışı bu gerçəkliyi gözlər önünə gətirmiş oldu ki, insanlar artıq müharibədən yorulublar və bu müharibədən yaranan yorğunluq və xəstəlik yalnız İsrailin maraqlarına xidmət edir.