Fələstinin Özünüidarə Təşkilatı ilə Sionist rejim nümayəndələrinin saziş müzakirələrinə start verilən gündən bəri sionistlər 31 fələstinlini şəhid ediblər.
Fəth hərəkatının mərkəzi komitəsinin üzvlərindən ” Səfa Məhəmməd Əştiyə@ cümə günü bir bəyanatda qeyd edib : İsrail rejimi saziş danışıqlarının yeni turu başlanan gündən bəri 500 fələstinlini həbs edib 208 mənzili isə dağıdıblar.
Onun sözlərinə görə, bu müzakirələr Qüds Şərifin paytaxt olması şərti ilə Fələstin ölkəsinin təşkil edilməsilə nəticələnməli idi.
Halbuki Sionist rejim tərəfindən qəsəbəsalma və cinayət faktlarının artması ilə nəticələnib.
Sionist rejimin baş naziri ” Benyamin Netanyaho” müzakirələrin yenidən baş tutmasında problemlərin həllini qarşıya məqsəd qoymayıb, əksinə özünün digər məqsədlərinə nail olmaq üçün bu danışıqları taktika qərar verib , ondan sui-istifadə edir ” deyə Səfa Məhəmməd əştiyə sözlərinə əlavə edib.
ABŞ-ın vasitəçiliyi Fələstinin Özünüidarə Təşkilatı ilə Sionist rejim arasında saziş müzakirələrinə 2013-cü ilin iyul ayında start verilib.
Bu danışıqlar gələn 9 aya qədər davam etməlidir.