Seraya Salam könüllü hərbi birliyinin ilk qrupu müqəddəs məkanları qorumaq və İraq ordusu ilə əməkdaşlıq etmək üçün müqəddəs Samerra şəhərinə girdi.
Bəzi İraqlı qaynaqlar, Müqtəda Sədr liderliyindəki Sadr hərəkətinə bağlı Seraya Salam birliyinin Çərşənbə axşamı günü Səlahəddin elinə bağlı müqəddəs Samerra şəhərində olduğuna dair görünüşləri nəşr etdi.
Əldə edilən məlumatlara görə Seraya Salam birliyinin Müqəddəs məkanları qorumaq və İraq ordusu ilə əməkdaşlıq etmək üçün müqəddəs Samerra şəhərinə girdiyi ifadə edildi.
Ayrıca bu gün tekfirci terroristlər tərəfindən Samerradan İmam Əli Naki (ə.s) və İmam Həsən Əsgərinin (ə) müqəddəs türbələri yaxınlarına havan topu hücumu təşkil edildiyi ifadə edildi.
İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) türbəsinə təşkil edilən havan topu hücumundan dərhal sonra İraq Hava qüvvələri hücumun edildiyi mevzileri hədəf aldı.