AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

Avroviziya mədəniyyətinin Bakıda yeni təzahürü

Azərbaycan Respublikası paytaxtı Bakı şəhərində Akademik Teatrda biabırçılıq baş verib.

Avroviziya mədəniyyətinin təbliğinin davamında “Azdrama”da yazıçı-dramaturq Elçin və rejissor Mehriban Ələkbərzadənin səhnəyə gətirilmiş “Qatil” tamaşasında erotik səhnə oynanılıb.
AzNews saytıın məlumatına görə, Biabırçılığa etiraz edən muğam ifaçısı Alim Qasımov deyib : “Bu nə biabırçılıqdır? Gəzmədiyim ölkə qalmayıb, amma mən dünyanın heç bir ölkəsində belə bir biabırçılıq görməmişəm…”
Həmçinin bu barədə əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun bildirib: “Bizi o tamaşaya Mehriban Ələkbərzada və baş rolun ifaçısı Münəvvər Əliyeva dəvət etmişdi. Biz müasir ola, avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan dəyərlər – namus, qeyrət ölçüsüdür. “Azdrama”da bir dənə də olsa ekspert, teatr tarixinə toxunulası heç nə eləmirlər. Akademik Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkldə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir.”
Şeyx Əbdül Mahmudbəyov əlavə edib : “Mən buradan Mədəniyyət və Turizm nazirinə, teatrın direktoru İsrafil müəllimə də səslənirəm. Belə əttökən seks səhnələri eləmək düzgün deyil. Biz bu biabırçılığa dözə bilməyib tamaşanı tərk etdik. Bizdən savayı hansısa institutun 60-dan yuxarı tələbəsi vardı. Onlar da Alim müəllimin səsini eşidib, narazı halda zalı tərk etdilər. Sonra Mehriban xanımla qarşılaşdıq. O, mənə dedi ki, tamaşadan narazı halda getməyinizdən xəbərim var. Təbii ki, mən ona cavab vermədim. Anlaya bilmirəm, bunlar avropalılardan da o tərəfə keçmək istəyir? Bəlkə daha da çılpaq olmaq istəyirlər?”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu