İran İslam Respublikası prezidenti mötədillik , əməkdaşlıq , iqtisadı inkişaf , ictimai ədalət və davamlı təhlükəsizliyin, əmn-aman və inkişaf etmiş bir dünyaya çatmanın əldə edilməsində ən zərurət daşıyan məsələ olduğunu bildirib.
İran prezidenti ofisinin internet portalının verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani bu gün cümə axşamı günü ( 23 yanvar ) İsveçrənin Davos şəhərində dünya iqtisadiyyat assosasiyasının 44-cü iclasında deyib : İran dövləti mötədillik və konstruktiv əməkdaşlığa söykənmə düşüncəsinə əsaslanır.
Bu dövlət başqa ölkələrlə dostcasına və davamlı əlaqələr haqda düşünür və neçə tərəfli ticarət əməkdaşlıqları çərçivəsində daim iqtisadı sahədə bərabər olan əməkdaşlığa sadiq qalacaqdır.
Ruhani sonra deyib : Bütün qitələr arasında baş vermiş son geniş xalq etirazları habelə son 6 ildəki dünya iqtisadiyyatında baş vermiş hadisələr göstərdi ki, iqtisadı siyasətlər ictimai ədaləti və hamının mənafeyini nəzərdə tutmalıdır və yalnız ,xalqlara , o da bütün xalqlara mənfəət və gəlir çatdıran siyasətlər və quruluşlar davamlı qalacaqlar.
İran prezidenti sonra deyib : İran müxtəlif məsələlər o cümlədən , ətraf mühit , nüvə elektrik stansiyaları , müştərək iqtisadı layihələr , ticarətin genişləndirilməsi , Fələstin xalqı haqlarının bərpa edilməsi , Suriyada insani faciənin qarşısının alınması , Fars Körfəzinin təhlükəsizliyi , terrorizm və ifratçılıqla mübarizə kimi məsələlərdə bütün qonşu ölkələrlə əməkdaşlıq edib , müştərək əməli qanun əsaslarınavə davamlı hüquqi statuslara çatmaq üçün tam hazırlığa malikdir.
İran prezidenti , bu ölkənin Avropa ölkələri ilə dərin iqtisadı və ticarət əlaqələrinin keçmişinə işarə edərək deyib: Yanvarın 20-də Cenevrə nüvə anlaşmasının icrası ilə habelə sonrakı addımların atılması və sanksiyaların aradan qaldırılması ilə İranın Avropa ilə əlaqələri tam şəkildə adi vəziyyətə qayıdacaqdır.
Ruhani həmçinin deyib : İranla Amerika arasındakı əməkdaşlıqlar son aylar ərzində yeni mərhələyə daxil olubdur və ilk dəfə olaraq iki ölkənin siyasətçiləri nüvə mövzusundakı ixtilafları həll etmək üçün bir-birləri ilə danışıqlar və fikir mübadilələri aparıb, qərarlar çıxarıblar.
İİR prezidenti sonra deyib : İslam inqilabı və İran islam quruluşu,İran xalqının bir əsrdən çox bir müddətdəki azadlıqsevər mübarizələrinin nəticəsi olubdur və bu respublika çiçəklənmə və inkişaf halındadır. Buna görə də , lazımdır ki, Amerika hakimiyyəti İranın tarixi həqiqətlərini həm sözdə həmdə əməldə qəbul etsin.
İran prezidenti deyib : İran inkişafa doğru səyləri çərçivəsində nüvə fəaliyyətlərindən sülhsevər istifadədəbaşqa bir şey istəməyib və istəmir də. İran özünün elmi inkişafı yolunda heç bir maneəni də qəbul etmir.
Ruhani sonra deyib : Təbliğat propaqandalarının təsiri altına düşərək İranın , hədə-qorxu yadaki nüvə silahlarına yiyələnmək yolu ilə öz qüdrətini göstərməyə çalışmasını təsəvvür edən şəxslər bilməlidirlər ki, nüvə silahı və zorakılığa əl atmaq İranın makro təhlükəsizlik strategiyasında heç bir yerə malik deyil və İran belə bir təmayül üçün heç bir motivə də malik deyildir.
Regionda baş verən son əmn-amansızlıqlar və aqressivlilklər haqda təəssüfləndiyini ifadə edən Cənab Ruhani sonra deyib : İfratçılıq və gərginlik işsizlər və ac qalmışlar tərəfindən həyata keçirilir . Buna görə də , terrorizmlə mübarizə üzrə köklü siyasət , hərtərəfli inkişafdan başlanmalıdır . Çünki yalnız mədəni cəhətdən yüksəlmə və iş yerlərinin yaradılması ilə intiharçı ümidsizlikləri gələcəyə ümidlə əvəz etmək olar.