İran Şura Məclisinin sədri Əli Laricani, ABŞ rəhbərliyi səlahiyyətlilərinin əllərinin silahlı terror qruplarını dəstəkləri nəticəsində bölgə xalqının qanına bulanmış olduğunu ifadə etdi.
Şura Məclisinin dünənki iclasında danışan Laricani; ABŞ-da nəşr olunan qəzetlərin ABŞ Kəşfiyyat Təşkilatlarının İsrail kəşfiyyatıyla birlikdə Şəhid İmad Muğniyənin qətl günahına qarışmış olduqlarını ortaya çıxardığına işarə edərək ABŞ-ın həm terrora qarşı mübarizə etdiyi iddiasında olduğunu və eyni zamanda terroru dəstəklədiyinə diqqət çəkdi.
Şəhid Muğniyənin İslam Xalqı üçün bir qəhrəman olduğunu xatırladan Laricani; bu cür cinayətlərin aydınlatılmasının ABŞ rəhbərliyi üçün bir skandal təşkil etdiyini və ABŞ-ın terrorla mübarizə iddiasının dərinliyini əks etdirdiyini vurğuladı.
