SuriyaXƏBƏRLƏR

Suriya müxaliflərinə 3500 ton silah göndərilib

Bir amerikalı jurnalist uçuşa nəzarət qülləsinin məlumatları, müxtəlif ölkələrin rəsmiləri ilə müsahibə və suriyalı müxalif komandanlarının açıqlamalarına əsasən yazıb: Ötən il ərəb dövlətləri və Türkiyə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-nin dəstəyi ilə 3500 ton silahlı Suriya müxaliflərinə təhvil veriblər.

Nyu-York Times qəzeti bir məqalədə sənədli faktlar açıqlayıb. Bu faktlara əsasən ərəb dövlətləri və Türkiyə son aylar ərzində MKİ-nin dəstəyi ilə Suriya müxaliflərinə hərbi köməkləri güclü şəkildə artırıblar.

İordaniya, Ərəbistan və Qətərdən 160 silah-sursat yükü Türkiyə hava limanına göndərilib

Nyu-York Timesin məlumatına görə, 160 silah-sursat yükünə şamil bu yüklər İordaniya, Səudiyyə Ərəbistanı və Qətər hökumətləri tərəfindən Ankara yaxınlığındakı İzenboqa və Türkiyənin digər hava limanlarına göndərilib.

Bu Amerika qəzeti davamında etiraf edib ki, bu hərbi yüklərin göndərilməsi ötən ildə Suriyada daxili müharibənin cəhətlərini istənilən formada dəyişmişdir.

Nyu-York Times məqalənin davamında Suriya müxaliflərinin silahlandırılması ilə bağlı ABŞ-ın rolu barəsində yazır: Obama hökumətinin üsyançılara qeyri-öldürücü köməklərdən artıq bir şey göndərməkdən çəkindiyi bir halda, MKİ bu silahların göndərilməsində müdaxilə ilə nümayiş etdirib ki, ABŞ ərəb müttəfiqlərinin dəstəyi ilə bu daxili müharibənin məhvedici sahəsində də müdaxilə etməkdə maraqlıdır.

ABŞ-dan informasiya, ərəb ölkələrindən silah dəstəyi

Adlarının açıqlanmamasını istəyən Amerika rəsmiləri deyirlər ki, bu ölkənin təhlükəsizlik zabitləri ərəb dövlətlərinə bu silahların satın alınmasında kömək ediblər və suriyalı müxalif komandanlara kömək ediblər ki, gələn silahları qruplaşmalar üçün nəzərdə tutulduğu üçün onlara çatdırsınlar. MKİ bu silahların göndərilməsi və bu məsələdəki rolu barəsində açıqlama verməkdən çəkinib.

Stokholm Beynəlxalq Sülh Müəssisəsindən Haq Qrifit Suriyaya göndərilən silahların həcminin 3500 ton olduğunu hesablamışdır.

Qrifit deyir ki, bu yük daşıyan təyyarələrin çoxlu uçuşları əsaslı və koordinallaşmış lojistik əməliyyatdan xəbər verir.

Türkiyə hökuməti silahın göndərilməsində sadələşdirmə rolunu oynayır

Suriya müxalif komandanlarının məlumatları və digər əldə olunan məlumatlar Qətər və Səudiyyə Ərəbistanının 2012-ci ilin sonundan Suriya müxaliflərinə hərbi təchizatlar göndərdiyini təsdiqləsə də, Türkiyə hökuməti bu yüklərin təcili şəkildə göndərilməsi, o cümlədən bu silahların göndərilməsi üzrə sadələşdirmələri nəzərdə tutub.

Bu arada bir neçə digər rəsmi də bildirib ki, Səudiyyə Ərəbistanı hərbi silah-sursatları Xorvatiyadan satın alır və onları İordaniyanın yükdaşıyan təyyarələri ilə Suriyanın cənubunda fəaliyyət göstərən Suriya müxalifləri üçün göndərir. Bu silahların bir hissəsi də Türkiyəyə gedir ki, oradan əməliyyatlar həyata keçirilən müxaliflər üçün göndərilsin.

Uçuşlar ABŞ-ın Qətərdəki lojistik bazasından başlanıb

Ötən il yaz fəslinin ortalarında Türkiyəyə yükdaşıyan təyyarələrin uçuş sayı artmışdır. 2012-ci ildə 26 apreldən 4 maya qədər zaman kəsiyində “C 17” adlanan Qətərin hava qüvvələrinin nəhəng yükdaşıyan təyyarəsi 6 dəfə Türkiyənin İzenboqa hava limanına enib. 8 avqusta qədər qətərlilər yükdaşıyan təyyarələrlə 14 uçuş həyata keçiriblər. Bütün bu uçuşlar Amerikanın Yaxın Şərqdəki hərbi lojistik əməliyyat mərkəzi olan Qətərin əl-Ədid hava limanından başlanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu