15 mart 2013-cü ildə Əllamə Şəhid Məhəmməd Səid əl-Buti Dəməşqdə son cümə namazı xütbəsində, öz şəhid olmasından bir neçə gün öncə Suriya hökuməti və xalqının məhv olmasını ümid edən “yəhudiləşmiş xristianları” rüsvay edərək Suriya ordusunun ilahi şücaətini qərb və onların regional cinayətkarlarının ümidlərinin puça çıxmasına səbəb adlandırıb.
əl-Buti Dəməşqin Əməvi məscidində öz son cümə namazının xütbələrinin bir hissəsində deyir: İki il öncə başlanan bu böhran tədricən kəskinləşdi. Güman edirdik ki, tezliklə bir neçə ay ərzində sona çatsın. Lakin qəfildən gördük ki, qərb, Avropa və Amerika tərəfindən Suriyaya qarşı beynəlxalq müharibə başlanıb və bu müharibəyə “yəhudiləşmiş xristianlar” başçılıq edirlər ki, İsanın gələn yoluna göz dikiblər. Lakin “bir gözlü İsaya”. Gördük ki, bu dünya müharibəsində qruplaşmalar və ölkələr sağdan-soldan, şərqdən-qərbdən iştirak edirlər. Gördük ki, bu qeyri-bərabər dünya müharibəsində bir ordu deyil, əksəriyyətinin mənfi keçmişi olan və illərlə həbsdə yatan müxtəlif muzdlulardan ibarət bir neçə ordu vardır. Amerikanın əlləri ilə hazırlananlar, yəni əl-Qaidə və onun kimilər. Gözümüzü açdıq gördük ki, Suriyaya bu müharibəni davam etdirmək üçün gətirilənlər neçə millətli qoşunu təşkil edirlər. Öz gözümüzlə gördük ki, onlarla ton silah hər tərəfdən bu diyara Allahın Rəsulunun (s.ə.s) Şamın mərkəzi və ürəyi adlandırdığı Suriyaya gətirilir. Qərb cinayətkarları ürəklərində ümid edirdilər ki, böyük Suriya hökumətinin yerinə neçə ay ərzində 4 kiçik və düşmənçi ölkə yaranacaq. Amma bu səylərin nəticəsi nə oldu? İki ilə yaxın və yaxud bir az çox olar ki, bu dünya müharibəsinin qarşısında müqavimət göstərən yeganə tərəf bir ölkənin bir ordusu idi. Həmin Suriya ordusu qərbli cinayətkarların bütün ümidlərini puça çıxardı və hazırda bu dövlət daha möhkəm və daha davamlıdır.