Sionist rejim hərbçiləri Qəzzə zolağının müxtəlif bölgələrinə hücumlarla paralel olaraq İordan çayının qərb sahillərinə də basqın ediblər.
Fələstin Səma İnformasiya Agentliyinin məlumatına görə, sionist rejim hərbçiləri ötən gecə İordan çayının qərb sahillərində yerləşən əl-Xəlil şəhərinin şimalında bir şəhərciyə hücum edib ən azı 5 fələstinlini yaralayıblar.
Bu hücum ardınca fələstinli gənclər sionist rejim hərbçiləri ilə toqquşublar. Sionist hərbçilər fələstinlilərə qarşı döyüş güllələri və gözyaşardıcı qazlardan istifadə ediblər.
Bu məlumata əsasən, onlarla digər fələstinli də zəhərli qazlar nəticəsində zəhərlənmə və tənəffüs sistemində problemin yaranması üzləşib.
Sionist rejim ordusu ötən gün və gecə Qəzzə zolağının müxtəlif bölgələrini yer və havadan atəşə tutublar. Nəticədə indiyə qədər 3 nəfər şəhid olub.
