
Sionist rejim hərbçiləri Suriya hərbi bazasına doğru atəş açıblar.
Sionist hərbçilər bu gün Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərinin cənubunda Təl əl-Fərsdə Suriya hərbi bazasına doğru atəş açıblar.
Russia-Today xəbər telekanalı da bildirib ki, İsrail ordusu qüvvələri bu gün tanka qarşı bir raketlə Suriyadakı mövqeləri hədəfə alıblar. Nəticədə iki suriyalı hərbçi yaralanıb.
Məlumatlara görə, bu atışma hələ də davam etməkdədir.