İsrailin təhlükəsizlik məsələləri üzrə bir eksperti Ərəbistanın Vaşinqtondakı səfirinin Amerikadakı yəhudi təşkilatların liderləri ilə görüşünün ardınca Ər-Riyad və Təl-Əviv ikitərəfli münasibətlərdəki maneələri aradan qaldırmağa başlayıblar.
Yuşi Milmen İsraildə çıxan Yerusəlim Post qəzetində dərc olunan məqalədə yazır: Bu görüşdə iştirak edənlər iki tərəf arasında baş verənlərə görə yox, Ərəbistanın Vaşinqtondakı səfiri Adil əl-Cübəyrin ABŞ əleyhinə kəskin çıxış etməsindən təəccübləndilər.
Həmçinin, keçmişdə Amerikadakı sionist lobbisi ilə Ərəbistan şahzadəsi və bu ölkənin Amerikadakı keçmiş səfiri Bəndər Bin Sultan arasında da oxşar görüşlər keçirilmişdi. Bəndər Bin Sultan hazırda Ərəbistanın casusluq təşkilatının sədri və bu ölkənin milli təhlükəsizlik şurasının katibidir.
